Sənədin icrası, eyni zamanda, ixrac potensialının yüksəldilməsinə, özəl və xarici investorların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə gətirib çıxaracaq.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın sahibkarlığın inkişafına göstərəcəyi təsirdən  danışarkən bildirib.

 O, qeyd edib ki, qəbul edilmiş yeni strategiyanın Azərbaycanda sahibkarlığın inkişafına bir çox istiqamətlərdə dəstək olacağı gözlənilir.

“Strategiya qeyri-neft-qaz sektorunun prioritet sahələri üzrə artım tempinin sürətlənməsinə, idxaldan asılılığın azaldılmasına, yerli sənayenin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verəcək”, - deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sağlam və şəffaf biznes mühitinin mövcudluğu makroiqtisadi sabitliyi təmin etməklə yanaşı, ölkədə xarici investisiyaların artmasına da gətirib çıxaracaq.

Osman Xaliyev “nəticə etibarilə bu, ölkədə dayanıqlı inkişafın artmasına və yüksək keyfiyyətli insan kapitalının formalaşmasına dəstək ola bilər. Qeyd edilənlərlə yanaşı, yeni maliyyələşmə mexanizmlərinin formalaşdırılması sahibkarlıq, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının artırılmasına töhfə verəcək”,- deyib.

O, sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlığının və şəffaflığının artırılması istiqamətində mövcud çətinliklərdən danışarkən,  vurğulayıb ki,  bunlar bəzi iş adamlarının maliyyə savadlılığının yetərincə olmaması, hesabatlılıq səviyyəsinin qəbul olunmuş standartlara cavab verməməsi, eləcə də şəffaflığın artırılmasında həvəsləndirici tədbirlərin yetərsizliyi, sahibkarlıq subyektlərinin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır.

 “Dəstək mexanizmlərinin effektivliyinin artırılması üçün yeni təşviq və maliyyə mexanizmlərinin formalaşdırılmasına, biznes layihələrinin dəstəklənməsi üzrə mövcud mexanizmlərin təkmilləşdirilməsinə, beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsinə, sahibkarların müraciətlərinin elektronlaşdırılması və inteqrasiyanın təmin edilməsi yolu ilə proseslərin sadələşdirilməsinə ehtiyac var”, - deyə Osman Xaliyev bildirib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN