Səudiyyə Ərəbistanının Ünuni Daxili Məhsulu (ÜDM)  neft sayəsində rekord səviyyəyə - 11,8 faizə yüksəlib.

Bloombergin məlumatına görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı bu ilin ikinci rübündə neft qiymətlərinin artması sayəsində 11,8 faiz artıb. Bu isə 2011-ci ildən bəri rekord göstərici sayılır.

 Beləliklə, artan enerji qiymətləri ÜDM-in rekord artımına kömək edb. Neft ilin əvvəli ilə müqayisədə 40 faiz baha satılır. Səudiyyə Ərəbistanında vətəndaşların işsizlik səviyyəsi 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının sentyabrda Asiya bazarı üçün öz neftinə görə rekord mükafat təyin etmək niyyətində olduğu bildirilirdi. Həmçinin ölkə Avropa bazarına xammal tədarükünü də artırır.

 Ümumilikdə, Yaxın Şərq dövlətləri iyulda Avropaya sutkada 2,2 milyon barrelə qədər neft tədarük edib ki, bu da yanvar ayı ilə müqayisədə demək olar ki, 90 faiz çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 4%, inflyasiya 11,6% təşkil edəcəyi bildirilir. Bu göstəricilər “Focus Economics”in analitiklərinin proqnozlarında öz əksini tapıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN