Bayden və komandası inflyasiya ilə mübarizəyə başlayıb.

Bildiyimiz kimi, bu il ABŞ-da inflyasiya son dərəcə artıb, hətta proqnozlara əsasən, gözlənildiyindən də çox.

Hətta inflyasiya səviyyəsinin 40 ildən bəri ilk dəfə bu həddə yüksəldiyi bildirilir.  

Xatırladaq ki, hələ mart ayında ABŞ Əmək Nazirliyinin hesabatında qeyd edilirdi ki, istehlak qiymətlərinin aylıq indeksi son 12 ayda inflyasiyanın 7,9 faiz artmasını təsdiq edir. Bildirilirdi ki, 2022-ci ilin yanvar-fevral aylarında inflyasiya 0,8 faiz artıb. Ərzaq məhsullarının və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmasa, inflyasiya son 12 ayda 6,4 faiz artıb. May ayında isə inflyasiya illik 8,6- ə çatıb.

Artıq iyun ayında inflyasiya illik 9,1 faizə yüksəlib  və aylıq 1,3 faiz təşkil edib.

Ağ Ev ABŞ prezidenti Co Baydenin ölkədə inflyasiya ilə mübarizə istiqamətində atılacaq iqtisadi addımların təfərrüatlarını paylaşıb.

Açıqlamada qeyd edilib ki, ölkədə həyata keçiriləcək tədbirlər çərçivəsində reseptlə satılan dərmanları ucuzlaşdırmaq imkanları var və “Əlçatan tibbi xidmət haqqında” Qanunun əhatə etdiyi ailələr üzrə 13 milyon amerikalı üçün tibbi sığorta xərclərini ildə orta hesabla 800 dollar aşağı sala biləcəklər.

Həmçinin enerji layihələri üçün vergi kreditləri və investisiyalar təqdim etməklə enerji təhlükəsizliyini yaxşılaşdıracaqlar - iqlim böhranının da öhdəsindən gələcəklər.

“Bu, minlərlə yeni iş yeri yaradacaq və gələcəkdə enerji xərclərini azaltmağa, inflyasiya ilə mübarizə aparmağa kömək edəcək. Biz iri korporasiyalardan üzərlərinə düşən ədalətli vergi payını ödəmələrini tələb edəcəyik”, - deyə bildirilib.

Göründüyü kimi, Ağ Ev rəhbərliyi vətəndaşlarının büdcəsinə zərbə vuran inflyasiyanın təsirini azaltmaq üçün hərəkətə keçib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN