Qazaxıstanda 2022-ci ilin ikinci rübündə nominal əmək haqqının orta dəyəri 312 011 tenge (təqribən 1108.88 Azərbaycan manatı) təşkil edib.

2021-ci ilin müvafiq rübü ilə müqayisədə artım 24%, real ifadədə isə 8,9% təşkil edib.

Bu barədə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun mətbuat xidməti məlumat yayıb.

2022-ci ilin ikinci rübünün qiymətləndirməsinə görə, əmək haqqının median dəyəri 196 728 tenge (təqribən 699.17 Azərbaycan manatı) təşkil edib.

Əmək haqqının artımı iqtisadi fəaliyyətin bütün əsas növlərində müşahidə olunduğu bildirilir.

Belə ki, 2021-ci ilin müvafiq rübü ilə müqayisədə ən böyük artım tikinti sənayesində - 35,5%, nəqliyyat və anbar təsərrüfatında - 34,8%, mədənçıxarma və karxana sənayesində - 28,3%, daha aşağı templə isə səhiyyə və sosial xidmət sahələrində - 12,1% və digər xidmətlərdə - 3,9% qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin fevralın 1-ə olan məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı 765,9 manat təşkil edib.

Cari ilin birinci rübündə ölkədə median əmək haqqı isə 405 manatadək (238,2 dollar) yüksəlib.

Xatırladaq ki, üç il əvvəl bu göstərici 223 manat və ya 131,1 dollar təşkil edirdi.       

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN