İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər.

TEZADLAR.AZ xəbər verir ki, özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir.

Avqustun 16-da keçirilən növbəti hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN