Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlinin üç gün müddətinə dayandırıldığını elan edən kimi qiymətlər

dərhal 7% artaraq, min kubmetr üçün 2800 dollara çatıb və yeni tarixi rekorda yaxınlaşıb.

Bu barədə ICE birjasının məlumatında deyilir.

Belə ki, Portovaya kompressor stansiyasında aqreqatın texniki xidmətə verilməsi və Rusiya Federasiyasından Avropaya qaz nəqlinin üç gün müddətinə dayandırılması ərəfəsində qiymətlər hər MVt/saat üçün 248,2 avro və ya min kubmetr üçün 2644 dollar səviyyəsində dəyişib.

Qeyd edək ki, çərşənbə axşamı “Qazprom” qışda qiymətlərin min kubmetr üçün 4000 dollara qalxa biləcəyini elan etdikdən sonra mavi yanacağın yüksək qiymətləri saxlanılır.

Xatırladaq ki, ən son qiymət rekordu martın əvvəlində - Rusiyanın Ukraynaya müdaxiləsi bazarları lərzəyə gətirən zaman qeydə alınıb. Eyni zamanda, kotirovkalar qısa müddətə MVt/saat üçün 270 avroya və ya min kubmetr üçün 2876 dollara sıçradı ki, bu da hazırkı rekorddur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN