Azərbaycan cari ilin 4 ayında Avropaya 7 milyard 837,5 milyon kubmetr qaz ixrac edib ki,

bunun da 5 milyard 145,9 milyon kubmetri Türkiyənin payına düşüb.

***

 Avropa paytaxtları arasında ən ucuz qazı Ankaranın istehlakçıları alır.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

 Qeyd edilib ki, enerji böhranı səbəbindən bütün dünyada istehlakçıların təbii qaz ödənişləri sürətlə artıb.

“Sərt qışa hazırlaşdığımız bir vaxtda avropalılar artan təbii qaz ödənişləri ilə mübarizə aparırlar. Avropa paytaxtları arasında ən ucuz qaz Ankaradadır - 4,68 lirə  - 0,25 dollar (manatla 42 qəp - red) qiymətinə”, - nəşr bildirir.

Ev Təsərrüfatlarının Enerji Qiymətləri İndeksinə (HEPI) görə, Türkiyənin Avropa paytaxtları arasında kubmetrə görə ən ucuz qazdan istifadə etdiyi vurğulanır.

 Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 4 ayda ölkəmizdən İtaliyaya dəyəri 150,7 milyon ABŞ dolları olmaqla 733,8 milyon kubmetr, Yunanıstana 32,7 milyon dollarlıq 127,8 milyon kubmetr, Bolqarıstana isə 12,1 milyon dollarlıq 91,9 min kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 708,3 milyon dollarlıq 5 milyard 145,9 milyon kubmetr, Gürcüstana 227,4 milyon dollarlıq 1 milyard 737,9 milyon kubmetr qaz ixrac olunub.

Cari ilin 4 ayında ölkədən ümumilikdə 7 milyard 837,5 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 131,4 milyon dollar təşkil edib.

Beləliklə, həmin dövrdə ixrac edilən 7 milyard 837,5 milyon kubmetr qazın 5 milyard 145,9 milyon kubmetri qardaş Türkiyənin payına düşüb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN