Ötən il Sahibkarlığın İnkişafı Fondu hesabına ümimilikdə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

2022-ci  ilin yeddi ayı ərzində isə 123 qadın sahibkara 4,9 milyon manat güzəştli kredit verilib.

Ötən ilin müvafiq dövründə bu göstərici 61 qadın sahibkar üzrə 4,5 milyon manat təşkil edib. Bu ilin yanvar-iyul ayları ərzində gənc sahibkarların 59 layihəsi maliyyələşdirilib və bu məqsədlə 5,2 milyon manat vəsait ayrılıb.

Ötən ilin müvafiq dövründə isə 34 gənc sahibkar 1,1 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.

Qeyd edək ki, ötən il olduğu kimi  2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. 

Bir çoxunu maraqlandıran bu güzəştli kreditin şərtləri isə belədir:

1.Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək;

2.Kreditin müddəti 10 ilədək;

3.İllik faiz dərəcəsi 5 %-dək;

4.Kredit üzrə güzəşt müddəti - kredit müddətinin yarısınadək;

Güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və.s.) vasitəsilə verilir.

Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN