Ukrayna qış üçün tədarük görüb.

Artıq istilik mövsümü üçün Ukraynanın yeraltı anbarlarına 13 milyard kubmetr qaz vurulub.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

"Avqustun sonunda biz yeraltı anbarlarımızda 13 milyard kubmetr qaz göstəricisinə çatdıq", - o, deyib.

Şmıqal qeyd  ki, son bir ay ərzində anbara 1 milyard kubmetrdən çox qaz vurulub.

Bundan əvvəl də baş nazir bildirib ki, hərbi əməliyyatlara baxmayaraq, "Ukrqazhasilat" dövlət şirkəti tərəfindən qaz hasilatı demək olar ki, azalmayıb. “Naftoqaz”a istilik mövsümü başlayana qədər anbarda 19 milyard kubmetr qaz saxlamaq tapşırılıb.

İyulun sonunda Ali Rada tarif fərqini ödəmək üçün 125 milyard qrn-dan çox (beynəlxalq tərəfdaşlardan) cəlb etməklə əhali üçün istilik tariflərinin artırılmasını qadağan edən qanun qəbul edib.

Bu qanun müharibə bitdikdən sonra daha altı ay müddətində qüvvədə qalacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN