Banqladeş Rusiyadan  500 min ton buğda idxalına icazə verib - xammal qiymətlərini tarazlaşdırmaq üçün.

Bu barədə Banqladeş Nazirlər Kabinetinin rəsmisi Əbdül Barikin paytaxt Dəkkədə Nazirlər Şurasının iclasında verdiyi açıqlamada qeyd edib.

Həmçinin əlavə edilib ki, Banqladeş buğdanın əvəzini Rusiyaya dollarla ödəyəcək və  tonuna 430 ABŞ dolları verəcək.

 Bildiyimiz kimi, ölkəmiz də buğda idxalatçısıdır və tələbatımızı ən çox şimal qonşumuz olan Rusiya ödəyir.

Statistik hesablamalara görə, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur. İndiyədək Azərbaycan buğda tələbatının 60%-ə yaxınını yerli istehsal hesabına ödəyib. 

Ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

Cari ilin yanvar-iyul aylarında ölkəmizə 429,8 min ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən buğdanın dəyəri 154,6 milyon dollar təşkil edib.

Xatırladaq ki, iyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat (təqribən 410 dollar- red) olub.

 2021-ci ilin  yanvarında isə bu rəqəm 254 dollar (431 manat 68 qəpik- red) təşkil edib.

Dünyada yaranmış ərzaq böhranı ilə əlaqədar buğdanın da satış qiymətində baş verən sıçrayış özünü göstərməkdədir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN