Tokayev payızda növbədənkənar prezident seçkiləri keçirməyi, həmçinin prezident mandatını təkrar seçilmək hüququ olmadan 7 il müddətinə məhdudlaşdırmağı da təklif edib

***

Qazaxıstan minimum baza pensiya dərəcəsini və pensiya yaş həddini dəyişdirəcək.

Bunu dövlət başçısı Qasım-Jomart Tokayev Qazaxıstan Respublikası parlamenti palatalarının birgə iclasında Qazaxıstan xalqına müraciətində açıqlayıb.

Qazaxıstan Respublikasının prezidenti qeyd edib ki, pensiya sistemini əhəmiyyətli dərəcədə yenidən işə salmaq lazımdır.

 “Minimum baza pensiya dərəcəsini ardıcıl olaraq yaşayış minimumunun 70 faizinə, maksimumunu isə 120 faizə çatdırmaq lazımdır. Bu, əvvəllər qəbul edilmiş qərarlarla birlikdə 2025-ci ilə qədər ümumi pensiyanın orta hesabla 27 faiz artırılmasına imkan verəcək. Bundan əlavə, geniş sosial tələbi nəzərə alaraq,  qadınlar üçün pensiya yaşı 2028-ci ilə qədər 61 yaş səviyyəsində sabitləşəcək” – Qasım-Jomart Tokayev bildirib.

Qeyd edək ki, Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı, həmçinin növbədənkənar prezident seçkilərinin bu ilin payızında keçirilməsini də təklif edib.

 “Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün xalqın etimadının yeni mandatı tələb olunur.

Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də növbədənkənar prezident seçkilərinə getməyə hazıram, hətta öz səlahiyyət müddətimin azaldılmasına baxmayaraq. Bundan başqa, uzun zaman fikirləşdikdən sonra belə qənaətə gəldim ki, Prezidentin səlahiyyət müddətinin sayına və müddətinə yenidən baxılmasına ehtiyac var”, - deyə dövlət başçısı bildirib.

Tokayev prezident mandatını təkrar seçilmək hüququ olmadan 7 il müddətinə məhdudlaşdırmağı da təklif edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN