Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında neft və qaz nəhəngi Shell Rusiyanın “Saxalin-2 LNG” layihəsindən çəkilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, layihədən geri çəkilmək qərarı prezident Vladimir Putinin böyük obyekti yeni əməliyyat şirkətinə təhvil verməsindən sonra verilib.

Qeyd edək ki, xarici səhmdarlar, xüsusən də Shell, mülkiyyət hüququnu saxlamaq üçün sentyabrın 4-dək müraciət etməli idilər. Shell 27,5% payını satmağa çalışdı. İndi onların Rusiya Federasiyasının mülkiyyətinə çevrilmə ehtimalı var.

Ukraynada müharibə və Shell-in mövqeyi:

Fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. Demək olar ki, dərhal iri səhmdarlar işğalçı ölkənin ərazisində fəaliyyətlərini məhdudlaşdırmağa başladılar.

May ayında Shell-in Saxalin-2 layihəsindəki 27,5% payının satışı ilə bağlı danışıqlar apardığı barədə məlumat yayılmışdı.

Shell daha sonra Saxalin-2-də 1,6 milyard dollar dəyərində olan 27,5% payı sildi.

Şirkətin obyektdən LNG yüklərinin qəbulu ilə bağlı müqaviləsi var və hazırda obyekt yeni operatora ötürüldüyü üçün "müvafiq qanuni tələblərə və müqavilələrə uyğun variantları" qiymətləndirir.

29 avqust 2022-ci ildə Shell rəhbəri xəbərdarlıq etdi ki, Avropada enerji böhranı bir qışdan çox olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN