Ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 7.1 mlrd. ABŞ dolları təşkil edib.

Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 503,6 milyon ABŞ dolları təşkil edib ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 6,1%, son 1 ildə isə 6,55% artıb.

Qeyd edək ki, cari il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatı aylar üzrə belə artıb:

31.08.2022 - 7503.6;

29.07.2022 - 7407.2;

30.06.2022 - 7371.9;

31.05.2022 - 7230.7;

29.04.2022 - 7087.8;

31.03.2022 - 7138.4;

28.02.2022 - 7159.9;

31.01.2022 - 7074.1.

Xatırladaq ki, 2021-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 705.6 mln. ABŞ dolları və ya 11.1% artaraq 7.1 mlrd. ABŞ dolları təşkil etmişdir. Artımın əsas mənbəyini kvotaya 14 uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin 532.5 mln. ABŞ dolları ekvivalentində artırılması təşkil edir.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN