Rusiya prezidenti Vladimir Putin “Şimal axını 2” qaz kəmərinin taleyi ilə bağlı narahat deyil və əmindir ki, bu kəmər əbəs yerə tikilməyib.

O, Şərq İqtisadi Forumunun plenar iclasında bu barədə verilən sualı belə cavablandırıb:  

"Xeyr, biz boş yerə heç nə tikmirik. Biz, müvafiq texnologiyaları almışıq və onları işləyib hazırlamışıq. Əgər lazım olsa, buyurun, "Şimal axını 2"-ni işə salaq", - deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, “Şimal axını 2”nin tikintisinə 2018-ci ilin sentyabrında başlanılıb. “Şimal axını 2” hər birinin uzunluğu 1,2 min km-dən çox və ümumi tutumu 55 milyard kubmetr olan iki qaz kəmərindən ibarətdir. Kəmər Baltik dənizinin dibi boyunca salınıb. Rusiya 2021-ci il sentyabrın 10-da “Şimal axını 2” qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. Kəmərin tikintisinin 9,5 milyard avroya başa gəldiyi bildirilir.

Kəmər sertifikatlaşdırmadan sonra işə salınmalı idi, lakin Almaniya məsələni dondurdu.

Belə ki, 22 fevral 2022-ci ildə Almaniya kansleri Olaf Şolts Almaniyanın “Şimal axını 2” qaz kəməri üçün sertifikatlaşdırma prosesini dayandırdığını elan etdi. Onun sözlərinə görə, bu, Rusiyanın “LPR” və “DXR”in müstəqilliyini tanımaq qərarına cavab idi.

Qeyd edək ki, bu layihə əvvəldən mübahisəli olub. Ekspertlər Avropanın başqa bir Rusiya qaz kəmərinə ehtiyacı olduğuna şübhə ilə yanaşırdılar. Rusiyanın Aİ-də enerji təsirinin artmasına qarşı çıxan Polşa və Baltikyanı ölkələr də etiraz edirdi.

Bir müddət öncə Polşa prezidenti Anjey Duda Krım platformasının sammiti zamanı “Şimal axını 2” qaz kəmərinin, hətta sökülməsini də təklif etmişdi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN