Ay ərzində orta hesabla 465,5 manat... 

2022-ci ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 37,4 milyard manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 4,3 faiz artaraq 36,1 milyard manata bərabər olub, onun 46,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı ayda orta hesabla 465,5 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 68,7 manat çox vəsait xərcləyib.

Xatırladaq ki, istehlakçıların xərcləmələri illər üzrə artmaqda davam edib

Məsələn, 2021-ci ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 31.8 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3.3 faiz artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3 faiz artaraq 30.6 milyard manata bərabər olmuş, onun 46.9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bir istehlakçı orta hesabla ayda 396.8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 28.1 manat çox vəsait xərcləyib.

Göründüyü kimi, ötən il 2020-ci ilin eyni dövrü (yanvar-avqust) üçün bu fərq 28,1 manat təşkil etmişdisə, cari ildə 2021-ci ilin eyni dövrü ilə müqayisədə fərq 68,7 manatadək yüksəlmişdir.

Qeyd edək ki, bu il ərzaq və qeyri-ərzaq məhsullrının, həmçinin xidmət sahəsindəki nəzərəçarpacaq bahalaşma şübhəsiz ki, istehlakçıların xərcləmələrinin miqdarına da təsirsiz ötüşməyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN