“Əmlakın qiyməti beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır”.

Bunu Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Emin Rəsulov hərraca çıxarılan əmlakın qiymətinin hansı hallarda ucuzlaşdırıla biləcəyindən danışarkən açıqlayıb.

 O, qeyd edib ki,  “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 4.6-cı bəndinə əsasən, əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN