Çin hökuməti Şərqi Qazaxıstan vilayətinin keyfiyyətin yoxlanılması laboratoriyasına 11,15 milyon yuan dəyərində avadanlıq təhvil verəcək.

Bu barədə Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladılır ki, bu, Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə ÇXR Ticarət Nazirliyi arasında əldə olunan razılaşma sayəsində mümkün olub.

Bildirilir ki, Çin standartları üzrə akkreditasiyadan keçmiş laboratoriyanın yaradılması yerli kənd təsərrüfatı məhsullarının Çinə ixracını artırmağa kömək edəcək. Bundan əlavə, Qazaxıstan yüksək emal olunmuş məhsulların, yem və yem əlavələrinin, ət və ət məhsulları, süd və süd məhsullarının tədarükünü də artırmaqda maraqlıdır.

2022-ci ilin 7 ayının yekunlarına görə, Qazaxıstan və Çinin aqrar sektorda ticarət dövriyyəsi 46,7% artaraq 412,5 milyon dollar təşkil edib. Yerli kənd təsərrüfatı məhsullarının ixracı isə 62,2% artaraq 280,4 milyon dollar, Çindən idxal 22,2% artaraq 132,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan da qardaş ölkə olan Qazaxıstandan bir çox məhsullar idxal edir.

 Məsələn, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana $24,5 milyonluq makaron məmulatları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bununla yanaşı, ixrac miqdar ifadəsində 18% artıb. Yaxud ilin əvvəlində (yanvar-fevral) ölkəyə gətirilən buğdanın 54,3%-i Qazaxıstanın, 45,7%-i isə Rusiyanın payına düşüb. Belə ki, həmin dövrdə Qazaxıstandan Azərbaycana 27,397 mln. dollarlıq 81 783,24 ton buğda tədarük olunub ki, bu da illik müqayisədə həcm ifadəsində 27 dəfə, dəyər ifadəsində 34,2 dəfə çoxdur.

Nəticədə, bu il Qazaxıstanın Azərbaycanın buğda idxalındakı payı ötən ilki 13,5%-dən 54,3%-ə qədər yüksəlib.

Həmçinin ölkələrimiz arasında cari ildə (yanvar-may aylarında) ticarət dövriyyəsi 161,4 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk beş ayında bu rəqəm 48,1 mln. dollar olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN