booked.netbooked.net booked.net  

“Bakı ilə Praqa arasında ticarət əlaqələri hazırda yüksək səviyyədədir, ona görə də ticarətlə məşğul olan bütün şirkətlərin uğur qazanmaq şansları var”.

Bu fikirləri Çexiya Elmlər Akademiyasının Tarix İnstitutunun direktorunun birinci müavini, iqtisadiyyat üzrə analitik Yan Nemeçek ölkələrimiz arasındakı ticarət əlaqələrinin səviyyəsindən danışarkən bildirib.

Analitik qeyd edib ki, kimya və neft-kimya sənayesi ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı seçimdir:

“Çexiya bu baxımdan kifayət qədər güclü potensiala malikdir və bu istiqamətdə müxtəlif vektorlu əməkdaşlıq imkanları mövcuddur. Məsələn, toxuculuq sektoru: Çexiyada bir çox ənənəvi tekstil istehsalçıları işlərini dayandırdığından bu sahədəki müəyyən boşluqları doldurmaq üçün Azərbaycanla əməkdaşlıq faydalı ola bilər”.

O, ölkəmizin də enerji bazarında kifayət qədər güclü oyunçu olduğunu vurğulayaraq, Çexiyanın da ixrac imkanlarının geniş olmasına diqqət çəkib: “Nəqliyyat vasitələrinin, xüsusilə lokomotivlərin və vaqonların tədarükü sahəsində gələcək əməkdaşlıq çox faydalı ola bilər. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu ilə, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən startaplar üçün layihələrdə əməkdaşlıq etmək və şirkətlərə kömək etmək yaxşı perspektivlər açır”, - deyə Yan Nemeçek bildirib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 23 milyard 159,4 milyon dollar, idxalın dəyəri 7 milyard 493,8 milyon dollar təşkil edib, nəticədə 15 milyard 665,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Ukrayna, Portuqaliya, İsveçrə, Qazaxıstan, Tunis, ABŞ, Vyetnam, İran, Tailand və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN