booked.net booked.net  

Elektrik enerjisi qiymətlərinin differensial olaraq aşağı salınması təklif olunur
Milli Məclisin bu günki plenar iclasında “Elektronenergetika haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Bu barədə deputat Vüqar Bayramov bildirib.
O, layihə ilə bağlı çıxış etdiyini və bir sıra məqamlara diqqəti çəkdiyini bildirib:
 “Qanun layihəsinin əsas anlayışlarda hesabatlılıq, şəffaflıq, səmərəlilik və ədalətli bölgü anlayışların daxil olunmasına ehtiyac var. 2012-ci idə qəbul olunan və 2019-cu ildə dəyişikliklər Avropa İttifaqının direktivində bu anlayışlar xüsusi olaraq qeyd olunub”.
Layihənin 1.1.59 maddəsində “sərbəst istehlakçı” və “1.1.60 maddəsində “sərbəst olmayan istehlakçı” anlayışları verilir və bu təsnifat illik elektrik enerji sərfiyyatına uyğun müəyyənləşir. Bu anlayışların anlaşıqlı daha uyğun sözlər ilə əvəzlənməsinə ehtiyac var. “Sərbəst” və “sərbəst olmayan” anlayışları elektroenergetika və istehlak baxımdan xüsusi məna daşımırlar. Limitlər üzrə istehlakçının fərqləndirilməsi əksər ölkələrdə, o cümlədən qardaş Türkiyədə 2013-cü ilin martında qəbul edilən qanunda da var. Amma terminlərin dəqiqləşdirilməsi olduqca vacibdir.
Maddə 5.2 Elektronenergetika sahəsində dövlətin əsas vəzifələrinə bu sahədə şəffaflıq və hesabatlılıq formalaşması və müdafiəsinin əlavə olunması məqsədəuyğun olardı.
Layihənin 5.2.11 maddəsində elekroenergetika sahəsində taariflərin və ya qiymətlərin müəyyən edilməsini nəzərdə tutulur. Bununla yanaşı, 5.2.13-cü maddədə iqtisadi əsas olmadan qiymət dəyişmələrinin qarşısının alınması dövlətin əsas məqsədləri siyahısındadr. Əgər dövlət taarifləri müəyyənləşdirirsə bu məqsəd liberallaşan qiymətlər üçün keçərlidirmi? Eyni zamanda elektroenergetika sahəsində iqtisadi əsas nədir o qanunda qeyd olunması yaxşı olardı.
6.1.8-ci maddədə elektroenergetika sektorunda tənzimləyicinin səlahiyyətlərinə elektrik enerjisi itkiləri üzrə maksimum həddlərin və normativlərin müəyyənləşdirilməsinə ehtiyac var.
Madddə 6.1.10-da payız-qış hazırlığı nəzərdə tutulur. Amma əksər inkişaf etmiş ölkələrdə differensial olaraq gecə-gündüz fərqləri var. Gecə saatlarında elektrik təminatı və taariflərinə baxılması və qiymətlərin gecə saatları üçün daha aşağı olması məqsədəuyğundur. Bu məsələnin də qanunda nəzərə alınması məqsədəuyğun olardı.
8.1.4-ci maddənin icazələr bölməsində 150 kvt-dan yuxarı elektrik qurğularının istismarı 150 rəqəminə baxılıb artırılması məqsədəuyğun olardı. Xüsusən alternativ mənbədən enerji istehsalını nəzərə aldıqda 150 kvt daha kiçik rəqəm təsiri bağışlayır.
Maddə 9-da elektronergetika sektorda qiymətlərdə maya dəyə anlayşı yoxdur. Bu maddədə istehsal xərclərinin qeyd olunmasına ehtiyac var.
11.2-də istehsalçıya istisna hallarda pərakəndə satış hüququ verir. Amma 11.3 və 11.4 enerjinin ötürülməsi və paylaşdırılmasını istehsalçı üçün qadağan edir. Bu hallarda pərakəndə satışı necə həyata keçirəcək?
Maddə 19 elektrik enerjisinin istehlakında sərbəst və sərbəst olmayan istehlakçılarda yanaşmada taariflər, xərclərə görə məhz differensial yanaşma lazımdır.
25.2-də iki tərəfli müqavilələrdə müddətin ən azı 1 il nəzərdə tutulması məqsədəuyğun olardı.
42-ci maddədə birinci mərhələ 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. İslahatların miqyasını nəzərə aldıqda bu müddət qısa zaman hesab oluna bilər. Mərhələlər üzrə müddətlərə yenidən baxılması məqsədəuyğun olardı", - deyə Vüqar Bayramov çıxışında diqqətə çatdırıb.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN