booked.net booked.net  

Fermerlər əkin xərclərini və gəlirlərini yeni istifadəyə verilən əkin kalkulyatoru vasitəsilə hesablaya bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a bildirilib ki, aqrar sahədə çalışanlar Dövlət Toxum Fondunun saytı üzərindən (dtf.gov.az/farmer-calculator) kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Fermerlər fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsini kalkulyatora daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkiləcək xərcləri və gəliri hesablaya bilərlər.

Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.

e

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN