İtaliya hökuməti ölkənin aqroqida irsini qorumaq məqsədi daşıyan  - laboratoriyada yaradılmış qida və heyvan yeminin istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İtaliya parlamenti tərəfindən hələ təsdiqlənməmiş yeni qaydalara əsasən, ölkənin qida sənayesinə “ heyvanların onurğalarından əldə edilən hüceyrə və toxumalardan” qida və ya yem yaratmaq qadağan ediləcək. Yeni qaydaların pozulmasının 60 min avroya qədər cərimə ilə cəzalandırılması və pozan müəssisələrin bağlanması təklif edilir. Lakin bu, Avropa İttifaqının digər ölkələrində, Türkiyədə və ya Avropa İqtisadi Zonasında istehsal olunan məhsullara şamil edilməyəcək.

İtaliyanın Kənd Təsərrüfatı Naziri Françesko Lollobrigida izah edib ki, laboratoriya qidaları, hökumətə görə, "keyfiyyətə zəmanət vermir”.

 Eyni zamanda, bu təşəbbüs Avropada "hüceyrəvi" kənd təsərrüfatı məhsullarının inkişafını dəstəkləyən təşkilatları, eləcə də heyvan hüquqları qruplarını qəzəbləndirib.

Onlar qeyd edirlər ki, qanun qəbul olunarsa, İtaliya elmi və sənayesinin iqlim dəyişikliyinin təsirinin azaldılması üçün vacib olan sahədə əldə etdiyi tərəqqininin üstündən xətt çəkəcək, həmçinin qeyri-heyvan qidasına üstünlük verən istehlakçıların hüquqlarını məhdudlaşdıracaq.

Xatırladaq ki, hazırkı İtalyan hökuməti, hansı ki, “İtaliya Qardaşları” partiyasının çoxluq təşkil etdiyi və baş naziri olan Corciya Meloni İtaliya yeməklərini texnoloji yeniliklərdən qorumaq vədi ilə hakimiyyətə gəlib.

Hüceyrə ətinin qadağan edilməsi Meloninin irəli sürdüyü yeganə təşəbbüs deyil. O, ötən həftə bildirib ki, hökumət tərkibində həşərat olan və ya onlardan hazırlanan məhsullara məlumat etiketlərinin tətbiqi ilə bağlı bir sıra sərəncamlar hazırlayır.

***

Nəzərinizə çatdıraq ki, GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMO-nun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir.

Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNT-sində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər.

 Hətta Meksika Senatı 2005-ci ildə bu ölkənin Elmlər Akademiyasının razılığı ilə GM pambıq və soya lobyasının istehsal və satışına icazə verən qanun qəbul etmişdir. Qanuna əsasən bütün GM məhsulları Meksika Səhiyyə Nazirliyi tərəfindən göstərilən qaydalar əsasında müvafiq şəkildə etiketlənməlidir.

Təkamül nöqteyi nəzərdən Meksika qarğıdalı bitkisinin bioçeşidlilik mərkəzidir. GM qarğıdalının yerli sortlara mənfi təsir göstərəbiləcəyi ehtimalı əsasında 2013-cu ildə ölkənin cavabdeh orqanlarına (SAGARPA və SEMARNAT) yeni GM qarğıdalı sortlarının icazəsinə müvəqqəti qadağa qoyulması tapşırılmışdır.

Azərbaycan Respublikanın qanunvericiliyinə görə:

"Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır”.

Onu da qeyd edək ki, GMO məhsullar çoxdandır ki, Azərbaycan bazarlarına da yol açıb...

Alimlərin sözlərinə görə, GMO məhsullardan qorunmaq üçün əsasən süni ərzaq əlavələrindən və şirinləşdiricilərdən uzaq durmaq lazımdır. Bildirilir ki, sərinləşdiricilərin əksəriyyəti, eksitotoksin (E951), S və V vitaminləri GM edilmiş məhsullardan hazırlanır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN