Bir sıra OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub.

Brent markalı neftin qiyməti 4 faizdən çox yüksələrək hər bareli 84.0 dollara satılır.

 Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74.0 dollaradək azalmışdı.

Bunu iqtisadçı ekspert , millət vəkili Vüqar Bayramov bildirib.

Vüqar Bayramov qeyd edib ki, gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min barel, Rusiyada 500 min barel İraqda 211 min barel, Küveytdə 128 min barel, Qazaxıstanda 78 min barel, Omanda 40 min barel, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır.

 Iqtisadçi izah edib ki, ölkələri bu addımı atmağa vadar edən səbəb, neft bazarında qiymət stabilliyi yaratmaq istəyi olub, hansı ki, bu da dünya bazarında neftin qiymətlərinin yüksəlməsinə səbəb olub.

 “Bununla OPEK və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirlərini göstərməkdədir. Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir”, - deyə millət vəkili vurğulayıb.
O, həmçinin ölkəyə daxil olan valyutanın həcminin, eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunduğuna da diqqət çəkib:

“Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.

Qeyd edək ki, aprelin 3-nə olan ticarət məlumatlarına əsasən, Rusiya da daxil olmaqla bir sıra OPEK+ üzvləri xammal hasilatını azaltmaq qərarına gəldikdən sonra dünya neft qiymətləri 5%- dən çox artıb.

Bu hələ başlanğıcdır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN