Beynəlxalq tərəfdaşlar və donorlar Rusiyanın zərbələri nəticəsində zərər çəkmiş enerji sisteminin bərpası üçün Milli Enerji Şirkəti (MEŞ) “Ukrenerqo”-ya 700 milyon avrodan çox kredit ayırıblar.

"Həqiqi Avropa inteqrasiyası belə işləyir - biz birlikdə güclənirik və Rusiyanın enerji şantajına daha yaxşı müqavimət göstərə biləcəyik. Bu günə kimi biz avropalı tərəfdaşlardan və donorlardan minimum faizlə 700 milyon avrodan çox kredit almışıq. Bu pulun hamısı ukraynalı istehlakçının müdafiəsi üçün işləyəcək”, - şirkətin idarə heyətinin sədri Vladimir Kudritski bildirib.

Onun sözlərinə görə, MEŞ həmçinin magistral elektrik şəbəkələrinin və yarımstansiyaların təmiri üçün lazım olan yüzdən çox texnika alıb. O, Almaniyanın Amprion, TenneT, TrasnetBW və 50 Herz operatorları tərəfindən təhvil verilib.

V.Kudritski vurğulayıb ki, bu, xeyriyyəçilik deyil, bütün regionda ümumi enerji təhlükəsizliyinə və sabitliyə qoyulan sərmayədir.

“Axı bizim enerji şəbəkələrimiz bir ildən artıqdır ki, sinxronlaşdırılıb”, - Kudritski izah edib.

Ukraynanın enerji sistemi

UNİAN-ın verdiyi məlumata görə, 2022-ci ilin oktyabr ayından etibarən Rusiya mütəmadi olaraq Ukraynanın enerji obyektlərinə hücum edib. Onlar ukraynalıları soyuqda, istiliksiz, işıqsız qoym

Ekspertlərin fikrincə, növbəti qışa hazırlaşmaq və ruslar tərəfindən zədələnmiş enerji sistemini təmir etmək üçün elektrik enerjisi bazarının qiymət modelini dəyişmək lazımdır.

“Ukrenerqo” Rusiyanın yeni hücumları zamanı elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün enerji obyektlərinin mühafizəsini gücləndirməyi planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN