Razi Nurullayev: "Müvafiq icra orqanı dediyimiz qurum müxtəlif bəhanələr altında əminəm ki, azı 10 nəfərdən 7-nə ciddi problem yaradacaq".
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna edilən dəyişiklik imkan verir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları hərraclar olmadan da həyata keçirilsin.
Bu dəyişiklik on minlərlə vətəndaşımızın onilliklər boyu çəkdiyi məşəqqətlərə son qoya bilər. Bu məsələnin həlli ilə bağlı dəfələrlə məsələlər qaldırmışıq və indi bəhrəsini görən zaman sevinirik.
Bu fikri Milli Cəbhə Partiyasının lideri, millət vəkili Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı söyləyib.
"Xanım sədr sizə, profil komitəyə və əməyi keçən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Vətəndaş 10 il, 15 il, 20 il bələdiyyə torpağına sahib olub, ev tikib, kommersiya obyekti tikib, amma onun üzərində mülkiyyət və icarə hüququnu təmin edə bilməyib. 10 il, 20 il vətəndaşa məxsus olan torpaqları hərraca çıxarıb onların başına müxtəlif tipli müsibətlər gətiriblər.
Tutaq ki, 20 ildir ki, torpaq mənimdir, o hərraca çıxarılır və elə bu işi bilənlər və təşkil edənlər tərəfindən başqa rayonlardan öyrədilmiş şəxslər cəlb edilir ki, onlar qiyməti qaldırsınlar və yaxud alsınlar. Torpağın sahibi isə az qalır ki, infarkt keçirsin və sonra düşür o şəxslərin arxasınca, yalvarır ki, heç olmasa Allahdan qorxun, belə pislik etməyin. Amma, o pisliyi yaradanlar və idarəedənlər olub və yenə də olacaq.
Dəyişiklik ürəkaçandır və alqışlayıram, xanım sədr. Bununla bərabər, bir narahatlığımı da bölüşmək istəyirəm. Müvafiq icra orqanı dediyimiz qurum müxtəlif bəhanələr altında əminəm ki, azı 10 nəfərdən 7-nə ciddi problem yaradacaq, müxtəlif səbəblər gətirəcək və bu dəyişikliyin yaratdığı sevinci və ümidi o şəxslərin elə gözündəcə öldürəcək, rüşeymində boğacaq. Bunu təcrübədən çıxış edərək deyirəm. Ya profil komitə bununla bağlı bizi rahatladacaq məlumat versin, ya da narahatlıqları aradan qaldıracaq əsaslar gətirsin.
Bu barədə gündəliyin 8-ci məsələsində daha ətraflı danıışacam", -deyə Razi Nurullayev bəyan edib.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN