Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi toxumluq buğda istisna olmaqla, ölkə ərazisinə avtomobil yolu ilə buğdanın idxalına 6 ay müddətinə qadağa qoyub.

Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, bu barədə Mərkəzi Rabitə Xidmətinin saytında vitse-nazir Yerbol Tasjurekov məlumat verib.

 O, bununla izah edib ki, daxili taxıl bazarı son bir neçə ildə sərhədyanı ölkələrdən qaçaqmalçılıq yolu ilə buğdanın gətirilməsi səbəbindən itkilərlə üzləşib. Sənaye assosiasiyalarının hesablamalarına görə, “boz” adlanan idxalın həcmi ildə 1,5-2 milyon tona çatır və dövlətə dəyən ümumi zərər hər il 500 milyon dollar qiymətləndirilir.

 Eyni zamanda, daxili bazarda qiymətlər aşağı düşür. Məsələn, 2022-ci ilin iyul ayının əvvəlindən buğdanın maya dəyəri bir ton üçün 170-185 min tengedən (təqribən 639.77 manat - 696.22 manat civarında ) 80-85 min təngəyə (təqribən 301.07 - 319.89 manat arası) qədər azalıb.

 Qeyri-qanuni taxılın qəbulu və tranziti üzrə anti-liderlər Pavlodar vilayəti, eləcə də Rusiya ilə həmsərhəd Aktobe və Qərbi Qazaxıstan vilayətləridir. İdxal olunan buğda ƏDV ödənilmədən kəndli təsərrüfatlarına verilir və gizli təkrar ixrac şəklində, tranzit tarifi ödənilmədən Əfqanıstana və Mərkəzi Asiya ölkələrinə göndərilir.

  Güman edilir ki, bu tədbirlər taxıl bazarında vəziyyəti sabitləşdirməyə kömək edəcək. Eyni zamanda, fermerləri toxum materialı ilə təmin etmək məqsədilə toxumların avtomobil yolu ilə tədarükünə icazə verilir. Bu zaman tərəflər toxumun keyfiyyət sertifikatı ilə müşayiət olunmalıdır. Həmçinin, taxılın bütün vergi və rüsumlar ödənilməklə dəmir yolu ilə daşınmasına heç bir məhdudiyyət yoxdur.

 Kənd Təsərrüfatı Nazirliyi əlavə edib ki, tətbiq edilən qadağa müvəqqətidir və onun icrasının nəticələrinə görə müvafiq tədbirlər görüləcək.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN