2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. Dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə 327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb.

 Bunu Milli Məclisin iclasında "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklərin müzakirəsin zamanı iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib.

 O, çıxışı zamanı dərman idxalının artması, qiymətlərin yüksək olması və digər məsələlərə də toxunub.

 Vüqar Bayramov qeyd edib ki, dərman idxalında son illər artımların əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı COVİD-19 pandemiyası dövründə tələbin yüksəlməsi olsa da belə, post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir.

“Dərman vasitələrinin 20.0 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımız qardaş ölkədən 80.0 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir.

Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir”, - deyə o, bildirib.

 Deputat çıxışı zamanı Tarif Şurası tərəfindən qiymət məsələsinin də təmilləşdirilməsinin vacibliyini, bürokratik əngəllərin aradan qaldırılmalı olduğunu bildirib.

“Digər vacib məsələ qiymət siyasətinin təkmilləşdirilməsidir. Taarif Şurası tərəfində həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var”, -deyə o, bildirib.

Qeyd edək ki, Azərbaycanda dərmanların qiyməti çox bahalaşıb. Bununla bağlı narazılıqlar var.

Y.MƏMMƏDLİ

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN