Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı üzrə təhlil və tədqiqatlarını davam etdirir.

ƏƏSMN-dən TEZADLAR.AZ -a verilən məlumata əsasən, Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.

Bunun üçün ölkəmizin əmək bazarında 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədərki dövrə aid 25 min iş elanı toplanılaraq təhlil edilib.

Beləliklə, müəyyən olunub ki, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahiblərinə tələbat liderlik edir.

Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN