Gürcüstanda əmək qabiliyyətli kişinin orta aylıq yaşayış minimumu 256 lari olaraq müəyyən edilib.

Tezadlar.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, Gürcüstanda 2023-cü ilin fevral ayında əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 256,4 lari olub, mart ayında isə bu rəqəm 0,4 lari azalaraq ümumilikdə 256 lari (təqribən 173.13 manat) təşkil edib.

Xatırladaq ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Göründüyü kimi, Gürcüstanda əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu təqribən 173 AZN təşkil edir, Azərbaycanda isə 261 manat. Arada təqribən 88 manat fərq var.

Onu da qeyd edək ki, Gürcüstanda minimum ərzaq səbətinə 40 məhsul daxildir - çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatları.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN