İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 16-da təşkil olunacaq hərraca 8 kiçik dövlət müəssisəsi və 24 avtomobil çıxarılacaq.

Xidmətin yaydığı məlumata görə, özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya və Yaponiya istehsalıdır.

Mayın 23-də keçiriləcək hərraca isə 3 səhmdar cəmiyyətin səhm paketi, 22 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri inşaat, sənaye sahələrinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizin təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN