“...İşçinin əmək haqqının 1/4 hissəsini tutmamışdan əvvəl işçinin müəssisəyə vurduğu ziyan sübut edilməlidir”.

***

Praktikada işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilməsi barədə əmək münasibətlərinin düzgün tədbiq edilməməsi və ya bu barədə olan mübahisələrə də rast gəlirik. Ümimiyyətlə, qeyd olunan cərimə işçiyə qarşı hansı hallarda və hansı şərtlərlə tədbiq oluna bilər?

 Sualla bağlı  TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev açıqlama gətirib.

Onun sözlərinə görə, vurduğu ziyana görə işçiyə töhmət verilibsə, eyni zamanda  onun əmək haqqından 25% cərimə tutulmamalıdır:

“    1. Bu halda İşçinin:" aylıq əmək haqqının 1/4-i faizindən çox olmamaq şərtilə cərimə etmək" digər maddi məsuliyyətlərdən fərqli olaraq - intizam tənbehi       növüdür.

  1. İntizam tənbehinin bu növü mütləq Kollektiv müqavilədə nəzərdə tutulmalıdır. Əks halda bunun tədbiq edilməsi Əmək Məcəlləsinin və digər qanunvericiliyin tələblərinin pozulmasıdır.
  2. Bu intizam tənbehi yalnız: işçi tərəfindən işəgötürənə maddi ziyan vurduğu halda tətbiq edilə bilər.
  3. Bu intizam tənbehi yalnız: İşçi tərəfindən əmək müqaviləsi üzrə: əmək funksiyasını, əmək vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda və bununla əlaqədar işəgötürənə maddi ziyan vurduqda tədbiq edilə bilər.
  4. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Yəni, işçiyə məsələn, töhmət verilibsə, bu zaman eyni xataya görə onun əmək haqqından 25 faiz pul tutula bilməz. Və ya əksinə, işçinin əmək haqqından intizam tənbehi kimi 25 faiz pul titulubsa, ona qarşı töhmət və ya şiddətli töhmət kimi intizam tənbehi verilə bilməz.
  5. İşçinin əmək haqqından 25 faiz pul tutulması barədə İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
  6. İşçinin əmək haqqından 25 faiz pul tutulması barədə İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər”, -deyə Azər Quliyev diqqətə çatdırıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN