Rusiyanın “Sollers” avtomobil istehsalçısı bu ilin payızında Azərbaycanın “Azərmaş” zavodunda avtomobil istehsalına başlayacaq.

"TEZADLAR.AZ" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.

"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin rəsmi açılışını edəcəyik. Bu, bizim ilk ixrac bazarımız olacaq", - M.Şarapov deyib.

O əlavə edib ki, şirkətin digər ölkələrin bazarlarına da çıxmaq planları var.

Qeyd edək ki, bu ilin may ayında “Sollers” və “Azərmaş” arasında müqavilə imzalanıb ki, bunun əsasında Rusiya avtomobil istehsalçısı Azərbaycan müəssisəsinin zavodunda Rusiya komponentlərindən istifadə etməklə yüngül kommersiya avtomobillərinin istehsalına başlayacaq.

vergiler

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA