Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır: “Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il üçün yekunlaşdırılması planlaşdırılır. Bu, çox ciddi bir alternativ olacaq”.

Fransa və Ermənistanın bütün cığallığına baxmayaraq bu nəqliyyat dəhlizində işlər sürətlə davam etdirilir və lazımi səviyyədə başa çatdırılacaq. Həmin yol yüz ildən sonra Naxçıvanla Azərbaycanı birləşdirmiş olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA