Gələn həftə iş adamlarından ibarət böyük bir qrup müxtəlif araşdırmalar aparmaq məqsədilə Türkiyədən Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.

 TEZADLAR.AZ Naxçıvanın yerli mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Onun sözlərinə görə, bir sıra önəmli layihələrin icrası nəzərdə tutulur ki, onların arasında Muxtar Respublikada “Ziraat” bankın açılması da var.

“Türkiyə-Naxçıvan ticarət dərnəyi qurmaq istiqamətində işlər davam edir. Bu il həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Türkiyə Cümhuriyyətinin yaradılmasının, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərin yubileyi ilə bağlı bir çox tədbirlər keçirilir. Gələcək aylarda biz də bu münasibətlə bir neçə tədbir təşkil etməyi nəzərdə tuturuq, inanırıq ki, həmin tədbirləri yüksək səviyyədə keçirə biləcəyik”, - A.Kaya qeyd edib.

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA