Ehtiyacı olan ölkələrə bir milyon ton taxıl tədarükü ilə bağlı Rusiyanın təşəbbüsünün həyata keçirilməsi prosesinə başlanılıb.

Bu barədə sentyabrın 8-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin məlumat verib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə və Qətər ekspertləri səviyyəsində görüşlər gündəmdədir. İlkin təmaslar davam edir.

Rusiya mətbuatı Verşinindən sitat gətirib: “Praktiki icra prosesi bu üçtərəfli sazişə daxil edilməli olan tərəflərlə təmaslardan başlayıb”.

Diplomat aydınlaşdırıb ki, bütün bunlarla birlikdə Rusiya taxılının Türkiyədə emalını nəzərdə tutan layihə taxıl müqaviləsinə alternativ deyil, ehtiyacı olan ölkələrə yardımdır.

Yada salaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyadan bir milyon ton taxılın güzəştli qiymətlə Türkiyədə emal olunaraq tədarükünün təşkilini, daha sonra isə ən kasıb ölkələrə pulsuz daşınmasını təklif etmişdi.

O, bunu Soçidə Türkiyə lideri Rəcəb Ərdoğanla görüşündə deyib. Putin həmçinin əlavə edib ki, bu məsələdə Qətərin köməyinə ümid edir, o, humanitar səbəblərdən ən yoxsul ölkələrə dəstək verməyə hazırdır.

Sentyabrın 6-da məlum olub ki, ölkələr bu məsələdə razılığa gəliblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA