Son 3 ayda neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da fikilərini bölüşüb.
O, diqqətə çatdırıb ki, dünya birjalarında neft qiymətlərinin yüksəlişə doğru getməsi tələbin də artması ilə bağlıdır.
"Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı, həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür", - deyə bildirib.
Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək? - sual edən Bayramovun fikrincə, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır.
İqtisadçı qeyd edib ki, neft qiymətlərinin artması həm valyuta ehtiyatımızı çoxaldacaq, həm ölkəmizdə pensiya və sosial ödənişlərin artmasına, həm də erməni işğalından azad edilmiş torpaqlarımızda quruculuq işlərinin sürətlənməsinə təkan verəcək.
O, vurğulayıb ki, 2024-cü ilin əvvəlindən pensiyalar indeksikasiya edilərək yenidən artırılacaq.
"Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.
Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır", - deputat bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA