Slovakiya, Macarıstan və Polşanın tətbiq etdiyi kənd təsərrüfatı embarqosu səbəbindən Ukrayna hər ay 230 milyon dollar itirə bilər.

Bunu ölkələrin statistika xidmətlərinin məlumatlarına əsaslanan hesablamaları sübut edir.

Polşa qadağasına görə ən böyük itkiləri Ukrayna verəcək. Buraya buğda, qarğıdalı, buğda unu, kolza toxumu, günəbaxan toxumu və bəzi növ jmıxlar daxildir. Ötən ilin son dörd ayı ərzində Polşa Ukraynadan bu malların 112 milyon dollarını alıb.

Macarıstan embarqosu 24 növ məhsulun idxalına, Slovakiya embarqosu isə buğda, qarğıdalı, kolza və günəbaxan idxalına şamil edilir.

Xatırladaq ki, sentyabrın 15-də Avropa Komissiyası dörd növ Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-nin bir neçə sərhəd ölkəsinə idxalına məhdudiyyətləri uzatmamaq qərarına gəlib, lakin eyni zamanda Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib.

Eyni zamanda, Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanı birtərəfli qaydada uzatdıqlarını açıqlayıb.

Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Kşiştof Telus bəyan edib ki, Ukrayna taxılı Avropa İttifaqı üçün təhlükədir və ölkələrin bazarlarında sabitliyi pozmağa qadirdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN