Türkiyə lirəsi dollar qarşısında yenə dəyər itirib... ***
Dollar dünya bazarında yenidən möhkəmlənir.
 Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, dolların günbəgün möhkəmləsinin səbəbi həm Amerika iqtisadiyyatının güclənməsi, həm də FED-in siyasətidir.
"ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyərsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır.
Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır. Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib", - deyə bildirib.
İqtisadçı diqqətə çatdırıb ki, sentyabrın əvvələrində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib.
Bayramov vurğulayıb ki, ölkəmizdə müsbət saldonun davam etməsi məhz enerji gəlirlərimizin artması səbəbindəndir:
"Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır", - deyib.
O, bir daha xatırladıb ki, Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir...
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN