Məlum olduğu kimi, insanların əksəriyyəti müxtəlif səbəblərdən (islanır, əzilib parçalnır, bir küncü cırılır və s.) kağız əskinasları zədələndikdə onların dəyişdirilməsinin mümkün olduğundan xəbərsizdi.
Zədələnmiş pulları nə mağazalar, nə bazardakı satıcılar, nə də avtobus sürücüləri ... qəbul edir. Belə olan halda, vətəndaşlar həmin pulu atası olur...
***
Budur, Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb. Təəssüf ki, vətəndaşlarımızın heç də hamısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər.
Bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini bölüşüb.
O, qeyd edib ki, bəzi hallarda vətəndaşlarımız yararsız hala düşmüş pul əskinaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər.
"Halbuki, pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır. Həmin pulları asanlıqla zədələnməmiş əskinaslar ilə əvəzləmək mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək, dəyişdirə bilərlər", - deyə bildirib.
İqtisadçı onu da diqqətə çatdırıb ki, əskinasların dəyişdirilməsi tamamilə ödənişsiz olaraq həyata keçirilir.
Bəs həmin əskinaslar hansı hallarda dəyişdirilə bilir?
"Yararsız pul əskinasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.
Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Buna görə də, yararsız pul nişanlarınız varsa, onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz", -Vüqar Bayramov izah edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN