Artıq fəaliyyət göstərmək üçün lisenziya da alınıb.

Azərbaycanın dövlət neft şirkəti SOCAR İsrailin Leviafan yatağının şimalında qaz kəşfiyyatı aparacaq.

 İsrailin Energetika Nazirliyi altı şirkətə, o cümlədən SOCAR, BP, NewMed və digər şirkətlərə Aralıq dənizində kəşfiyyat işlərinin aparılması üçün 12 lisenziya verib.

 “Qalib şirkətlər növbəti üç il ərzində təbii qaz kəşfiyyatına görünməmiş sərmayələr qoymağı öhdələrinə götürüblər və ümid edirik ki, bu, yeni təbii qaz yataqlarının kəşfinə gətirib çıxaracaq”, - deyəİsrailin Energetika Nazirliyinin rəhbəri İsrail Kats bildirib

 Qeyd edilib ki, gələcəkdə lisenziyaların müddəti yeddi ilə qədər uzadıla bilər.

Xatırladaq ki, oktyabrın 7-də İsrail dövlətinə Qəzzada yerləşən HƏMAS qruplaşması tərəfindən raket hücumları edilib, insanlar girov götürülüb, öldürülüb. Bundan sonra İsrail Müdafiə qüvvələri də qarşı tərəfə cavab tədbirlərinə başlayıb. Çox təəssüf ki, bugünədək davam edən qanlı toqquşmalar minlərlə can alıb, hər iki tərəf ziyan görüb. Hələ ki, tərəflər arasında sülh razılaşması əldə olunmayıb. Əksinə, günbəgün proses qızışmaqda davam edir. Və dünyanın bəzi ölkələrində yəhudilər əleyhinə aksiyalar keçirilir, onlar qınanılır...

İsrail tərəfi bu müharibəni, hansı ki, 3-cü ölkələrin də qarışmaq qorxusu var, dayandırmaq üçün HƏMAS qarşısında bəzi tələblər qoyub. Bura girovların azad edilməsi, HƏMAS-ın qeyd-şərtsiz təslim olması şərtləri daxildir.

Artıq 24 gündür ki, hər iki tərəfin əhalisi dəhşətli günlər keçirir...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA