Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar bayramov bildirib.
Vüqar Bayramov bu addımı müsbət hal hesab etsə də, bəzi bankların həmin xərcləri müştərilərdən başqa üsulla əldə etməyə çalışdığını vurğulayıb.
Onun sözlərinə görə, artıq bəzi banklar növbəti aydan sms xəbərdarlığını 40 qəpikdən 1 manata qaldıracaqlar və bu da süni qiymət artımı kimi xarakterizə olunur.
"Bu müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar, digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.
Belə ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb.
Belə olan halda isə, bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil", - deyə V.Bayramov diqqətə çatdırıb.
İqtisadçı bu artımın ilk baxışdan az görünsə də, müştəri sayı ilə hesablandıqda çox böyük məbləğ olacağına da diqqət çəkib və buna görə də süni tarif artımlarının tənzimlənməsinin vacibliyini qeyd edib.
"Bu baxımdan, requlator kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, sms xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir", - Bayramov xatırladıb.
Döğrudan da bəzi bankların bu kələyi "atam bicdi kündəni sayır, anam bicdi kündədən kəsir" atalar məsəlində olduğu kimidir...
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA