Ermənistan növbəti ildə də müdafiə xərclərini artıracaq...

 Ermənistan parlamenti bu gün ölkənin 2024-cü il büdcəsini qəbul edib. Onun qəbulunun lehinə 71 deputat, əleyhinə isə 25 deputat səs verib.

Belə ki, ölkədə vergi daxilolmaları 2,613 milyard dram olacaq və ÜDM-in 24,9%-ni təşkil edəcək, kəsir isə təxminən 483 milyard dram (ÜDM-in 4,6%-i) təşkil edəcək.

Büdcə gəlirləri 2,7 trilyon dram, xərcləri isə 3,2 trilyon dram (7 milyard dollardan çox) nəzərdə tutulub. Bu o deməkdir ki, Ermənistanın büdcə kəsiri 0,5 trilyon dramdır.

Növbəti ilin büdcəsindən ən çox vəsait - 795 milyard dram sosial təminata ayrılıb. Daha sonra səhiyyəyə - 170 milyard dramın ayrılması nəzərdə tutulur.

Ermənistan təhsilə 287 milyard dram, müdafiə sektoruna isə 554 milyard dram ayrılacaq.

Xatırladaq ki, 2023-cü ildə Ermənistanın büdcə layihəsində gəlirlər 2 trilyon 302 milyard dram (5,8 milyard dollar), xərclər 2 trilyon 591 milyard dram (6,5 milyard dollar) göstərilirdi. Bu il isə xərclər artıb.

Diqqətə çatdıraq ki, 2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edirdi.

2024-cü ildə isə parlament ölkənin müdafiə xərclərini təqribən 53 milyard dram artırmağı nəzərdə tutub....

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN