Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev bu suala belə cavab verdi... Azərbaycan Respublikasının idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin əmək haqqına hansı əlavə ödənişlər ödənilə bilər? Qeyd olunan bu əlavə ödənişlərdən bir neçə və ya əsas əlavə ödənişlər aşağıdakılardır:
1. İş yerlərinin attestasiyası əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:aşağı səviyyəsində-1,04,
orta səv -də -1,08' yuxarı səviyyəsində- 1,12
Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
aşağı səviyyəsində-1,16, orta səviyyəsində - 1,20, yuxarı səviyyəsində - 1,24.
2. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı - 1,2, 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində.
3.Xəzər dənizində yerləşən iş və obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: sahillə quru yol əlaqəsi olduqda-1,4, quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:0,5 km-ə qədər-1,5, 0,5 km-dən 70 km-ə qədər -1,65, 70- km-dən artıq-1,75
4. Azərbaycan Respublikası üzrə dəniz səv-n hündürlükdə yerləşən müəssisə, təşkilat və idarələrdə və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən - 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən - 2000 metrədək olduqda, artımın və ya əmsalın minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir.
5. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif və ya vəzifə maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir
6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
7. Qeyd olunan və işçilərin əmək haqqına edilən əlavə ödənişlər, o cümlədən gəmidə çalışan işçilərin əmək haqqına edilən əlavə ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər Kabinetinun müvafiq qərarları ilə tənzimlənir. Qeyd olunan bu əlavə ödənişlərdən başqa: Əmək müqaviləsi. Kollektiv müqavilə və müəssisənin daxili normativ xarakterli aktları ilə işçilərin əmək haqqına digər əlavə ödənişlər verilə bilər.
Azər Quliyev,
hüquqşünası
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN