Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edildi.

Təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək.

 TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

 İqtisadçı-ekspert diqqətə çatdırıb ki, əlavələr 20 faiz ilə məhdudlaşırdı, qanuna edləcək dəyişiklikdən sonra isə məhdudiyyət aradan qaldırılacaq.

“Hər uşaq üçün əlavə 5 faiz ödənilir. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək”, - deyə bildirib.

 Vüqar Bayramov da müzakirələr zamanı təklilə çıxış edib.

Onun fikrincə, ailədə əlilliyi olan uşaq varsa, daha çox əlavələr ödənməlidir.

 “Müzakirələr zamanı təklif etdim ki, ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin. Ailədə əlilliy olan uşaq varsa və ailə başçısına işsizlikdən sığorta təyin edilirsə o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı. Bu imkan verər ki, bu ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımdan vacibdir”, - o, qeyd  edib.

 Depuatat  əlavə edib ki,  təklifin qanunvericilikdə öz əksini tapması üçün müvfiq dövlət qurumları ilə müzakirələr davam etdiriləcək.

Yəqin ki, bu müzakirələr müsbət həllini tapacaq. Çünki buna bir çoxlarının ehtiyacı var.

 Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN