Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollara satılıb. Bütövlükdə isə, Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
"Öncədə qeyd etdiyimiz kimi, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır", deyə bildirib.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank dollara olan tələbi əvvəlcədən proqnozlaşdıra, hərracların sayını artırarsa bu tələbi tənzimləmək olar.
"Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür", - qeyd edib.
O, bir daha xatırladıb ki, manat üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi ilə bağlı qərar Mərkəzi Bankın qərarından asılıdır.
 
"Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq",- Vüqar Bayramov vurğulayıb.
Xatırladaq ki, ötən gün - 14 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 70,9 mln. ABŞ dolları olub.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN