Neft və qaz hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın ekologiyanın inkişafına verdiyi töhfə kifayət qədər böyükdür.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Belarus Dövlət Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk bildirib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malikdir. Ölkə günəş enerjisi, külək enerjisi və dəniz sektorunu inkişaf etdirir. Azərbaycanda “yaşıl vektor”un gücləndirilməsi qonşu ölkələr üçün mədən yanacaqlarından asılılığın azaldılması baxımından stimul olacaq.

“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu genişmiqyaslı konfransın keçirilməsi Qarabağda antiterror əməliyyatını başa vuran və bərpa işləri aparan dövlətə etimadın göstəricisidir.

Azərbaycan qonaqpərvərliyi ilə seçilir və beynəlxalq tədbirlərin təşkilində qüsursuz təcrübəyə malikdir. Əminliklə deyə bilərik ki, Bakı qarşıdan gələn Konfransı yüksək səviyyədə təşkil edəcək və dünyanın hər yerindən gələn qonaqları layiqincə qarşılayacaq. Əlamətdar haldır ki, bu, ölkənin ərazi bütövlüyünün bərpasından sonra təşkil olunan ilk genişmiqyaslı hadisə olacaq. Öz növbəsində Azərbaycan üçün bu, təkcə irimiqyaslı tədbirlərdən biri deyil, həm də özünün sabit, suveren dövlət kimi bütün istiqamətlərdə, o cümlədən iqlimin qorunması naminə öz potensialını tam şəkildə inkişaf etdirməyə hazır olduğunu bəyan etməsidir", - ekspert bildirib.
Oleq Leşenyuk qeyd edib ki, 2021-ci ildə ölkədə bərpa olunan enerji istehsalının əsasları qoyulub və bu, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”ndə əksini tapıb: “2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu baxımdan forumun keçirilməsi Azərbaycanın “yaşıl enerji”yə keçidinə öz töhfəsini verəcək, qonaqlara ölkə reallıqlarını daha yaxşı öyrənməyə imkan yaradacaq və onun dünya miqyasında imicini və nüfuzunu artıracaq”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN