...Artıq əlavə şərhə ehtiyac yoxdur ki, vəzifədə olanlarımızla vəzifədə olmuşlarımızın hansını qurdalayırsan, xaricdəki milyonları üzə çıxır... 

Olsun! Kişilər Azərbaycanın deyil, özlərinin gələcəyini düşünüb büdcə pullarını çırpışdırmaqla özlərinə "qara günlük" pul yığırlar. Bacarana baş qurban. Amma həmişə bir sual sual doğurub: niyə bizim məmurlar oğurladıqlarını xaricə daşıyırlar? Milli məmurlarımızdan min ağac uzaq, siçan buğda çuvalını deşib oğurluq edəndə, oğurladığını yuvasına daşıyır, Ermənistana aparmır... Bizimkilər isə oğurlayan kimi xaricə qaçır. Qaçır və daşıyır...

Yaxşı, bu nə vaxta kimi belə davam edəcək??? Azərbaycanın valyutası ikiayaqlı siçovulların əli ilə xaricə daşınır, hökumət də Qarabağı dirçəltmək üçün qazın, işığın, suyun qiymətini, rüsumları... qaldırır ki, büdcəyə pul toplansın.

Düşünürəm ki, hökumət bu barədə optimal qərar qəbul etməli, xaricdəki pullar Azərbaycana gətirilməli və xaricə valyuta axınının (söhbət milyonlardan gedir) qarşısını almalıdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN