2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,05 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607.2 mln. ABŞ dolları və ya 42% artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%,  alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.

***

Xatırladaq ki,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə yaradılmışdır.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.

TƏQDİM ETDİ: Y. MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN