Deputat Əli Məsimli pensiya yaşının azaldılmasını təklif edib.

Əli Məsimlinin sözlərinə görə, Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir.
 Milli Məclisin bu günkü iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edərkən bildirib ki, indiyə qədər müharibədə iştirak edən qazilərə hələ pensiya müavinəti təyin edilməyib: “Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir. Orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə pensiya yaşı bizdən aşağıdır. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır’.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN