“Biz “Azəristiliktəchizat” ASC-yə qaza olan borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”.

Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, möhlətin müddəti dekabrın 15-dək uzadılıb: “Əgər o vaxtadək ödəniş olmasa, biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".

Məsələ ilə bağlı Cebhe.info-ya “Azəristiliktəchizat” Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib.

O bildirib ki, "Azəristiliktəchizat"ın bütün qazanxanaları qazla təchiz olunur: “Qazanxanalara verilən qaz təchizatında hazırda heç bir problem yoxdur. Borcun ödənilməsi ilə bağlı "Azəristiliktəchizat" tərəfindən zəruri tədbirlər görülür".

R.Əliyev quruma borcu olan dövlət təşkilatlarının adını açıqlamayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN