Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln ABŞ dolları olub

Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac İcmalı”nın noyabr sayında qeyd edilib.

Azərbaycanın bu ilin 10 ayı ərzində qeyri- neft sektoru üzrə mal ixrac etdiyi ölkələrin adları açıqlanıb. İlk üçlükdə Rusiya, Türkiyə və İsveçrə qərarlaşıb.

“İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 665,4 milyon ABŞ dolları, Türkiyəyə 509,4 milyon ABŞ dolları, İsveçrəyə 184,1 milyon ABŞ dolları, Gürcüstana 131,5  milyon ABŞ dolları və ABŞ-a 60,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (54,4 milyon ABŞ dolları) və Braziliya üçüncü (16,3 milyon ABŞ dolları) olub.

2021-ci ilin  oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (20,1 milyon ABŞ dolları) birinci, karbamid (19,9 milyon ABŞ dolları) ikinci və meşə fındığı  (19,7 milyon ABŞ dolları) üçüncü olub.

Xatırladaq ki, Azərbaycan 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 586,5 milyon ABŞ dolları, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon ABŞ dolları, Gürcüstana  120,5  milyon ABŞ dolları və ABŞ-a  54,8  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 

2021-ci ilin sentyabr ayında da qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN